Hələ də evin üçün kredit axtarırsan? Fürsətli ipoteka krediti üçün KLİK ELƏ!

Günay Ahmadzada Avatar
Hələ də evin üçün kredit axtarırsan? Fürsətli ipoteka krediti üçün KLİK ELƏ!
gecə görünüşlü ev

ipoteka haqqında

İpoteka krediti nədir və nə üçün lazımdır?

İpoteka krediti – Ev almaq üçün nəzərdə tutlmuş kredit növüdür. Xəyalınızdakı evə məhz bu kredit ilə rahatlıqla qovuşa bilərsiniz.

“İstirahət üçün ev axtarın, çünki ev, ən yaxşısıdır.”

Tomas Tusser

İpoteka krediti üçün əksər banklar tərəfinfən tələb olunan sənədlər:

ipoteka krediti üçün tələb olunan sənədlər
  • İpoteka krediti üçün tələb olunan sənədlər:
  • 1.    Borcalanın/borcalanların şəxs və ya şəxslərin şəxsiyyətini təsdiq edən sənəd/ şəxsiyyət vəsiqəsi, sənədin surəti;
  • 2.    Nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və eyniadlı sənədin surəti;
  • 3.    Borcalanın/borcalanların yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri, həmin sənədlərin surətinin nüsxəsi;
  • 4.    Borcalanın/borcalanların iş yerini və onun/onların gəlirlərini təsdiq edən sənədlər;
  • 5.    Şəxsin güzəştli kateqoriyaya aid olduğunu təsdiq edən sənəd (şəxs güzəştli kateqoriyaya/həssas təbəqəyə aid olduqda).
  • Borcalanın/borcalanlar fərdi sahibkar olarsa əgər:
  • 6.    Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçməsi barədə şəhadətnamənin surəti;
  • 7.    Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi sənədi;

İpoteka kreditinin zəmanətə görə növləri

Zəmanətə görə ipoteka kreditinin 2 ədəd növü vardır:

  1. Zəmanətli;
  2. Zəmanətsiz;

Bu ikisini bir-birindən fərqləndirən bir sıra xüsusiyyətləri vardır. Belə ki, əgər sən zəmanətli kredit almaq istəyirsinizsə, bu kredit üçün banka yaxınlaşırsınız və məsul bank bu tip kredit üçün Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna müraciət edir. Əgər siz fond tərəfindən zəmanət qazana bilsəniz, sizin üçün bank daha sərfəli kredit şərtləri təklif edə bilər. Bəs bu zəmanətli kreditin əsas məğzi nədir?

Zəmanətli ipoteka kreditinin nə kimi avantaj və üstünlükləri vardır?

İpoteka kreditinin zəmanətli olmasının əsas məğzi ondan ibarətdir ki, əgər borc alan şəxs/şəxslər öz kreditlərini ödəyə bilməsə və ya lazımi şəkildə ödəmədikləri təqdirdə, hərraca çıxarılacaq ipoteka obyekti/alınmış olan əmlak satıldıqda onun məbləği alınmış kreditdən az olması halda, banka dəymiş ziyan fond tərəfindən ödənilsin. Bu zaman bank üçün kredit vermək daha əlverişli olur və bəzi banklar öz müştərilərini düşündüyünə görə, onlara daha aşağı faizlə kredit verə bilər. Bəs bu kreditin sizə zəmanətli şəkildə verilməsi üçün hansı fondun şərtlərə cavab verməlisiz?

Zəmanətli kredit üçün şərtlər:

  • Kreditin məbləği kreditin verilmə tarixində ipoteka obyekti/əmlakın qiymətinə nisbətdə 60 faizdən az, 85 faizdən isə çox olmamalıdır;
  • Zəmanət ödənişi hərrac zamanı dəyəcək zərərə kimi məhduslaşdırılır və müştəriyə veriləcək kredit bu məbləğdən çox olmamalıdır;
  • Zəmanətli krediti almaq istəyən şəxsin gəlirləri ən azı müraciətindən əvvəlki ardıcıl gələn 12 aylıq dövrü əhatə etməli və ipoteka krediti üzrə ödəniləcək aylıq məbləğ ipoteka krediti almaq istəyən şəxsin aylıq məcmu gəlirinin 70 faizindən çox olmamalıdır;
  • Zəmanətli krediti almaq istəyən şəxsin və onun ailəsinin həyatı və fəaliyyəti ilə əlaqədar müntəzəm ödənişlərin hesablanması zamanı hər bir ailə üzvünün saxlanılması üçün xərc ölkə üzrə müəyyən olunmuş yaşayış minimumu məbləğinin 50 faizindən az götürülə bilməz. 

Gördüyümüz kimi, zəmanətli kredit üçün əsas şərtlər bunlardır. Lakin, hər şey zəmanətli kredit almaqla bitmir. Bəzi qaydalara əməl edilməsə, kreditə xitam verilə bilər. Bəs bu hansı hallarda baş verə bilər?

Zəmanət üzrə öhdəliyə xitam verilməsi:

Aşağıdakı hallarda zəmanət üzrə öhdəliyə xitam verilir:

  • Müvəkkil banka dəymiş xalis zərər Fond tərəfindən ödənildikdə və ya zəmanət üzrə ödənişin həyata keçirilməsindən imtina edildiyi halda;
  • Əsas borc üzrə qalığın ipoteka predmetinin müstəqil qiymətləndirici tərəfindən kreditin verilmə tarixinə müəyyən edilən qiymətinə nisbəti 50 faizə çatdı]; halda;
  • İpoteka predmetinin satışından əldə edilən vəsait müvəkkil bankın bu Qaydaya əsasən ipoteka ilə təmin edilən tələbini tam ödədiyi halda;

 Aşağıdakı hallarda Fond tərəfindən zəmanət üzrə öhdəliyə vaxtından əvvəl xitam verilir:

  • Sığorta müqavilələri üzrə sığorta hadisələrinin baş verməsi nəticəsində həyata keçirilən sığorta ödənişləri müvəkkil bankın bu Qaydaya əsasən ipoteka ilə təmin edilən tələbini tam ödədiyi halda;
  • Kreditin onun verilmə tarixinə İpoteka Kreditinin verilməsi Qaydasına uyğun olmadığı aşkar edildiyi halda;
  • Qanunda göstərilən əsaslar üzrə ipoteka müqaviləsi etibarsız sayıldığı halda;
  • Fondun yazılı razılığı olmadan ipoteka predmeti dəyişdirildikdə və ya özgəninkiləşdirildiyi halda;
  • İpoteka predmeti məhv olduqda, həmçinin üzərində mülkiyyət hüququ digər hallarda itirildikdə və ya zədələnmə nəticəsində ipoteka predmeti öz birbaşa təyinatı üzrə istifadə edilə bilməyəcək dərəcədə dəyişdiyi halda;
  • Baş zəmanət sazişi və ya zəmanət müqaviləsində müəyyən edilən digər hallarda.

Saytda əsas məlumatlar verilib, lakin daha dolğun məlumat üçün https://e-qanun.az/framework/38675 linkindən 8-ci bəndə, “Zəmanət üzrə öhdəliyə xitam verilməsi” bölməsinə nəzər yetirə bilərsiniz.

Bəs sənə hansı ipoteka krediti düşür? Güzəştli ya adi🤔?

meqafon
  • Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:
  • Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları)olan şəxslər;
  • Milli Qəhrəman (özü, əri/arvadı, övladları)olan şəxslər;
  • Məcburi köçkün və ya ona bərabər tutulan şəxs/şəxslər;
  • Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs/şəxslər;
  • Ən azı 3 il dövlət ümumtəhsil müəssisəsində müəllim işləyən şəxs/şəxslər;
  • Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs/şəxslər;
  • İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı olan şəxs/şəxslər (I, II və ya III yer).
  • Elmlər doktoru elmi dərəcəsi olan şəxs/şəxslər;
  • Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs/şəxslər;
  • Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);
  • Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs/şəxslər;
  • Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçi/işçilər;
  • Ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs/şəxslər.
  • Qeyd: Bir çox banklarda güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız və yalnız bir dəfə istifadə edə bilər.

Search

Categories